Bakının Zabrat qəsəbəsində 12 avqust axşam saatlarında 14 yaşlı Allahverdi İsmayılov itkin düşüb. Bu baradə bu gün, 17 avqust tarixində Avtosfer xəbər verir.

Valideynlərin sözlərinə görə, 5 gündür ki, heç bir xəbər yoxdur. Bu hal artıq 3-cü dəfədir ki, təkrarlanır. Keçən həftə polis əməkdaşları onu tapıb evə qaytarıblar, lakin 2 gün sonra İsmayılov yenidən evdən qaçıb.

Oğlanın anası bildirir ki, həmin gün o evdən çıxanda kağızda “Ana, bibimgilə gedirəm, narahat olmayın” yazaraq masanın üstünə qoyub, lakin bibisiylə görüşdükdən sonra naməlum istiqamətə getmişdi. Valideynlərin ilkin ehtimallara görə, Allahverdi bu yaxınlarda Koroğlu metrosunun yaxınlığında tanış olduğu oğlanın Binədəki evinə qaçıb.

Evdən çıxarkən onun əynində mavi cins şalvar və ağ köynək olub. Araşdırma Sabunçu rayon 15-ci polis idarəsi tərəfindən aparılır. Oğlanı görənlərdən və ya onun haqqında hansısa məlumat əldə edən insanlardan polis bölməsinə müraciət etmələri xahiş olunur.