Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti tərəfindən yayılan məlumata görə avqustun 18-nə keçən gecə Bakıda iki yanğın hadisəsi baş verib. Xəsarət alan yoxdur.

Səbail rayonunda yerləşən üçmərtəbəli binanın birinci mərtəbəsindəki restoranın ümumi sahəsi 180 kv.m olan mətbəxində yanğın başlayıb, nəticədə7 kv.m. lambirindən ibarət tavan əriyib.

İkinci hadisə Binəqədi rayonunda doqquzmərtəbəli binada baş verib. Dördüncü mərtəbədə ümumi sahəsi 35 kv.m olan mənzildə 8 kv.m sahədə ev əşyaları və pəncərə çərçivəsi külə dönüb.

Hər iki halda alov yanğınsöndürmə briqadası tərəfindən söndürülüb.

Daha öncə, 17 avqust tarixində Bakının Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğın baş vermişdir.