Polis əməkdaşları Bakıda maska taxmayanlara qarşı reyd keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu gün, 18 avqust tarixində məlumat yayıb.

Nəsimi rayonu ərazisi, həmçinin Memar Əcəmi metrostansiyası ətrafında qapalı məkanlarda yoxlamalar keçirilib. Tibbi maska taxmayan vətəndaşlarla profilaktik söhbətlər aparılıb.

Bundan əlavə paytaxtdakı avtobuslarda, taksilərdə və metrostansiyalarda reydlər keçirilib. Qaydalara riayət etməyənlərə qarşı tədbirlər görülüb.

18 avqust 2021-ci il tarixində olan məlumata əsasən son sutka ərzində 4.129 nəfər COVİD-19 infeksiyasına yoluxub, 20 nəfər vəfat edib. Aktiv xəstə sayı 30.954 nəfər təşkil edir.