Ötən günlər ərzində Zaqulba, Buzovna və Mərdəkan çimərliklərində balıqların kütləvi şəkildə tələf olması müşahidə olunub. Bioloji Müxtəlifliyin Qorunması Xidməti bu istiqamətdə apardığı araşdırmanın nəticəsini bu gün, 18 avqust, açıqlayıb.

Balıqların ölmə səbəbi suda temperaturun yüksəlməsi nəticəsində oksigen miqdarının azalması olub. Yay aylarında balıqların sahil yaxınlıqlarında tez-tez kütləvi tələf olması təbii proses hesab olunur.

Araşdırma zamanı aparılmış analiz nəticələrinə görə səbəb infeksion xəstəliklər və ya zəhərlənmə olmayıb.