Binəqədi rayonu 9-cu mikrorayon Adil Məmmədov 143 küçəsində çoxmərtəbəli binanın təzə quraşdırılmış lifti 4 aydır işləmir. Bu barədə ARB24 məlumat verib.

“Dedilər, 1 aya hazır olacaq. 4 aydır xəbər yoxdur. “JEK” deyir bizlik deyil, lift idarəsiylə danışın. İdarə də deyir ki, biz də xəbər gözləyirik,”- deyə sakinlər şikayət edir.

92 saylı mənzil kommunal təsərrüfatı birliyi vəziyyətdən xəbərdar olduğunu, ancaq məsələyə lift təmir istehsalatı birliyinin (lift idarəsi) cavabdeh olduğunu dedilər.

İdarə bildirib ki, liftin bəzi hissələrini gözləyirdilər. Detallar artıq balansda mövcuddur. 2-3 günə təmir işləri tamamlanacaq və lift işlək vəziyyətdə olacaq.