Binəqədi qəsəbəsində mərkəzləşdirilmiş su təchizatı sistemi yaradılır. Bu barədə Azərsunun mətbuat xidməti bu gün, 18 avqust tarixində məlumat yayıb.
Tikinti-quraşdırma işləri Binəqədi-Xırdalan şossesinin sağ hissəsində yerləşən yaşayış massivində təşkil olunur. Uzunluğunda 5,7 km olan içməli su şəbəkəsi yaradılır. Su xətləri 500-dək yaşayış evi və fərdi tikililəri əhatə edəcək.
Layihənin bu ilin oktyabr ayına qədər bitməsi planlaşdırılır.
Hazırda sözügedən rayon ilə yanaşı, Abşeron, Səbail, Sabunçu, Suraxanı və Xəzər rayonlarında da içməli su təchizatı sistemləri təkmilləşdirilir.

