Paytaxtın Xəzər rayonunda silsilə oğurluq edən əvvəllər məhkum olunmuş A.Əliyev saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu gün, 18 avqust tarixində məlumat yayıb.

Keçmiş məhkum, N.Muxtarovun 100 AZN, bankomat kartı, şəxsiyyət vəsiqəsi, 400 manat dəyərində qızıl üzük və 1000 manat dəyərində mobil telefonunu oğurlamışdır. Həmçinin, A.Şirəliyevaya məxsus çantadan 25 AZN, bankomat kartı, 400 manat dəyərində qızıl üzük və 1000 manat dəyərində mobil telefonu mənimsəyib.

Bundan əvvəl, 12 avqust tarixində Abşeron rayonunda quldurluq hadisəsi baş vermişdir. Naməlum şəxs Elçin Hüseynovu bıçaqla hədələyərək 410 manatını mənimsəmişdir.