17 avqust Bakının Nizami rayonundakı Yeni Klinikada oğurluq hadisəsi baş verib – tibb müəssisəsindən 3 kompüter və 3 televizor mənimsənilib. Bu barədə bu gün, 18 avqust məlum olub.

Klinikanın rəhbəri vəzifəsini icra edən Musa Abbasov polisə müraciətində qeyd edib ki, oğurluq edən şəxslər klinikada çalışan fəhlələrdir.

Yeni klinika 2020-ci ildə fəaliyyətə başlayıb.