Məhərrəm ayı və Aşura günü ilə əlaqədar bu gün, 19 avqust ölkədə qanvermə aksiyası keçirilir. Bakıda iştirak etmək istəyənlər Mərkəzi Qan Bankına müraciət edə bilərlər.

Mərkəzi Qan Bankının ünvanı: Feyzulla Qasımzadə küçəsi 65

Əlaqə nömrələri:
907
+99412 440 65 86
+99412 440 78 50
+99412 441 66 52

Qan vermək istəyənlər üçün Səhiyyə Nazirliyi xüsusi qaydaları və şərtlərini açıqlayıb: yaş həddi 18-dən yuxarı, 65-dən aşağı olmalıdır. 72 saat əvvəl qan duruldan dərmanlar qəbul etməmək tələb olunur, 1 saat əvvəl siqaret çəkməmək məsləhət görülür. Qan verməzdən öncə 2 stəkan su, şirə içmək donorun səhhətinə müsbət təsir göstərir.