Bakıda 66 nömrəli marşrut xətti müvəqqəti dəyişdirilib. Bu barədə Bakı Nəqliyyat Agentliyi bu gün, 19 avqust tarixində məlumat yayıb.

Dəyişiklik Nizami İsmayılov küçəsində aparılan təmir-bərpa işləri ilə əlaqədardır. Yeni hərəkət sxemi aşağıdakı küçələrdən keçəcək:

  • Yusif Eyvazov
  • Etibar Bəkirli
  • Cəlal Qurbanov
  • Zaur Şərifov
  • Sakit Qocayev

Təmir işləri bitənə qədər cari marşrut tərdib olunacaq.

Bundan əvvəl 30 və 32 nömrəli marşrut xətlərinin hərəkət sxemi 5 avqust 2021-ci il tarixindən müvəqqəti dəyişdirilmişdir.