Bakıda astronomiya və səma cisimləri ilə maraqlananlara ödənişsiz teleskopdan baxmaq təklif olunur. İştirak etmək istəyənlər 20 avqust saat 21:00-da Əli və Nino kitab mağazasının Park Bulvardakı filialına yaxınlaşa bilər.

Aksiya Tusi-Bohm Planetarium və Həvəskar Astronomlar Cəmiyyətinin təşkilatçılığı ilə keçiriliəcək. Ticarət mərkəzi yaxınlığında açıq səma altında teleskoplar quraşdırılacaq. İştirakçılar kosmosa baxmaqla yanaşı onlara əlavə məlumatlar da veriləcək.

Kosmosa “səyahət” etmək istəyənlər üçün giriş sərbəstdir.

Əlavə məlumat üçün əlaqə nömrələri: +994 12 598 74 44, +994 51 510 02 34