Bakıda “Xocahəsən” yeni stansiyanın istifadəyə veriləcəyi tarix açıqlanıb. Bu barədə Bakı Metropoliteninin əməkdaşı Bəxtiyar Məmmədov bildirib.

Bənövşəyi xətt üzrə keçəcək yerüstü metro stansiyasının istifadəyə verilməsi 2022-ci ilin sonuna qədər planlaşdırılıb. Xocahəsən qəsəbəsində yaşayan sərnişinlər “Avtovağzal” stansiyasına daha rahat gələ biləcəklər.

Xocahəsən elektrik deposunun 3 mərhələdən ibarət inşası planlaşdırılır. Hazırda birinci mərhələ üzrə işlər sürətlə davam edir.

Ümumilikdə, 2027-ci ilə qədər yeni 11 metro stansiyasının inşası nəzərdə tutulub.