Bakı şəhərində məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçə bilməyən valideynlər üçün fərqli qeydiyyat mərkəzləri təşkil olunub. Bu barədə Bakı şəhəri Təhsil İdarəsi bu gün, 19 avqustda məlumat yayıb.

Mərkəzlərin fəaliyyəti onlayn qaydada “WhatsApp” vasitəsilə həyata keçirələcək.

Həftəiçi hər gün 10:00-dan 16:00 qədər müraciətlərə baxılacaq.

Onlayn alternativ qeydiyyat mərkəzləri (“WhatsApp” nömrələr vasitəsilə)

  • Binəqədi, Sabunçu və Yasamal rayonları üzrə: (+994 51) 563-15-77
  • Suraxanı, Xəzər və Pirallahı rayonları üzrə: (+994 51) 543-15 -77
  • Nərimanov, Səbail və Qaradağ rayonları üzrə: (+994 51) 568-15-77
  • Nəsimi, Nizami və Xətai rayonları üzrə: (+994 51) 546-15-77

Məktəbəhazırlıq qruplarına qəbul 10 avqust, məktəb seçiminə isə 12 avqustdan start verilib. Ərizələrin elektron qəbulu həmçinin, www.mektebeqebul.edu.az portalında aparılır.