Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə Bakıda aksizsiz siqaretlərin satışıyla bağlı məlumat daxil olub. Bu barədə Dövlət Gömrük Komitəsi bu gün, 19 avqust tarixində məlumat yayıb.

Nərimanovda yerləşən mənzillərin birində 128.300 ədəd aksizlə marklanmamış siqaret aşkar olunub.

Daha bir mənzil Binəqədi rayonunda qeydə alınıb. Oradan 63.800 ədəd aksizsiz siqaret götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Dövlət Gömrük komitəsinin verdiyi məlumata əsasən son 7 ay ərzində ölkəyə 961 milyon AZN-dən çox tütün və tütün məmulatları idxal olunub.