19 avqustdan Bakıda səyyar vaksinasiya briqadaları fəaliyyət göstərəcək.

Vaksinasiya prosesini sürətləndirmək üçün TƏBİB-in təşkil etdiyi mobil avtobuslar həftənin 6 günü saat 9:00-dan 19:00-a kimi vətəndaşların xidmətində olacaq.

Vaksin məntəqələrinin ünvanları: Abbas Mirzə Şərifzadə küçəsi (3 saylı ASAN xidmət-in yaxınlığı) və Əsəd Əhmədov küçəsi, Bravo ticarət mərkəzi ilə üzbəüz (Qismət şadlıq sarayının yaxınlığı).

Vətəndaş ilk olaraq qeydiyyata alınır, daha sonra həkim tərəfindən yoxlanılır, heç bir problem aşkarlanmazsa, vaksinasiya prosesi həyata keçirilir.

 

Foto TƏBİB rəsmi səhifəsi
Foto TƏBİB rəsmi səhifəsi
Foto TƏBİB rəsmi səhifəsi
Foto TƏBİB rəsmi səhifəsi
Foto TƏBİB rəsmi səhifəsi
Foto TƏBİB rəsmi səhifəsi