18 avqust, Bakının Şüvəlan çimərliyində iki nəfər xilas olunub. Bu haqda FHN mətbuat xidməti avqustun 18-i saat 22:00 radələrində məlumat paylaşıb.

Əməliyyat FHN xilasetmə məntəqələrin əməkdaşları tərəfindən aparılıb.

Həmin gün Sumqayıtda dənizdə batan şəxsi xilas edərkən 28 yaşlı Orxan Ağayev idmançı özü batıb.

Çimərlikdə xoş zaman keçirmək üçün Fövqəladə Hallar Nazirliyi bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir. Belə ki, çimərlikdə qadağandır:

– nəzərdə tutulmamış ərazilərdə çimmək
– çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək
– küləkli havada dənizə girmək
– çimərlikdə gecələmək
– sərxoş halda çimərlikdə olmaq
– suda kobud hərəkətlər etmək
– çimərlikdə balıq tutmaq
– xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq