Bakının Lökbatan qəsəbəsində, Cavanşir Qəhrəmanov küçəsinin sakini Amid Gəray oğlu Məmmədov 4 avqust tarixində itkin düşüb. Bu barədə Qafqazinfo məlumat yayıb.

Məmmədov siqaret almaq adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Yaxınların sözlərinə görə o, ruhi xəstəlikdən əziyyət çəkir.

Şəxsi görənlərdən və ya onun haqqında hansısa məlumat əldə edən şəxslərdən 055-523-96-41 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.