Bakının Nəsimi rayonunun bəzi küçələrində bir aydır ki, təmir işləri gedir. Hal-hazırda işlər C.Səlimov və A.Mustafayev küçələrində davam etdirilir.

Küçələrdə səkilər bərpa edilir, təzə beton plitələr quraşdırılır, asfalt örtüyü və kommunikasiya xətləri dəyişilir.

Daha öncə, 28 May metrosunun qarşısı, Cəfər Cabbarlı stansiyasının ətrafında təmir işləri başlamışdır.