ASAN xidmət mərkəzlərinin şəxsiyyət vəsiqələri bölməsi pəncərələrində sistemdə problem yaranıb və iş dayanıb.
1, 2, 3, 4 və 6 saylı ASAN xidmət mərkəzlərində pasport-masa bölümü dünəndən işini dayandırıb. Sistemdə xətalar 19 avqust saat 16:00-dan başlayıb. Bu gün səhər saatlarında qismən sistem bərpa olunub. Yalnız 15 yaşa qədər olan uşaqlar üçün xidmət göstərilib.
Sistemdə çökmə ölkənin digər şəhər mərkəzlərindədə baş verib.