Azərbaycan-Portuqaliya oyununa biletlər 21 avqust tarixindən satışa çıxarılacaq. Bu barədə AFFA-nin mətbuat xidməti xəbər yayıb.
Bakı Olimpiya Stadionunda keçiriləcək matça tutumun 50%-dək azərkeş buraxılacaq.
Biletlərin qiymətləri 2-15 AZN arası təşkil edir. Matç 7 sentyabr tarixində baş tutacaq.
Biletləri iticket.az saytı və ya mobil tətbiqindən, həmçinin, “Gənclik Mall” və “28 Mall”-da yerləşən iticket.az bilet satışı məntəqələrindən almaq mümkün olacaq.
COVİD-19 pandemiyası ilə əlaqədar biletlər ancaq elektron formatda təqdim olunur. Onlayn aldıqda, alıcının e-mail ünvanında və ya şəxsi kabinetində əks olunacaq. Əyani formada alındıqda isə bilet yerindəcə elektron ünvana göndəriləcək. Ehtiyac olarsa, A4 format vərəqlərdə təqdim olunacaq.
İki milli “QATAR-2022” Dünya çempionatının seçmə mərhələsi çərçivəsində qarşılaşacaq. Azərbaycan yığma komandası Portuqaliya, Serbiya, Lüksemburq və İrlandiya yığmalarıyla eyni qrupa düşüb.