Bakı çimərliyində ötən gün axşam saatlarında suda boğulan şəxs FHN əməkdaşları tərəfindən xilas olunub.
Hadisə Bilgəhin qeyri-çimərlik ərazisində qeydə alınıb.
Bundan əvvəl, 18 avqust Bakının Şüvəlan çimərliyində iki nəfər xilas olunub.
Çimərlikdə xoş zaman keçirmək üçün Fövqəladə Hallar Nazirliyi bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir. Belə ki, çimərlikdə qadağandır:
– nəzərdə tutulmamış ərazilərdə çimmək
– çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək
– küləkli havada dənizə girmək
– çimərlikdə gecələmək
– sərxoş halda çimərlikdə olmaq
– suda kobud hərəkətlər etmək
– çimərlikdə balıq tutmaq
– xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq