Bakıda kommunal xidmətlərin təkmilləşdirilməsi işləri aparılır. Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti bu gün, 20 avqust tarixində məlumat yayıb.

Paytaxta 57 ədəd kommunal texnika gətirilib. Bundan əlavə işçilər mövsümə uyğun geyimlərlə və iş üçün tələb olunan əşyalarla təmin olunub. Həmçinin, iri texnikaların keçə bilmədiyi ərazilər üçün Mənzil Kommunal Təsərrüfatı Birliklərinə xüsusi velosipedlər ayrılıb.

Bundan əvvəl, 5 avqust tarixində məişət tullantıların daşınması üçün Bakıya yeni avtomobillər gətirildiyi xəbəri yayılmışdır.