Bakı şəhəri, Nəsimi rayonunun Nizami küçəsində 19 avqust saat 23:00 radalərində yanğın baş verib.
Alışma “Peçat Dönər” kafesinin mətbəxindən başlayıb. Yanğın zamanı dam örtüyü əzilib, yanar konstruksiyalar yanıb. Hadisə yerinə Təcili Tibbi Yardım briqadaları, FHN və polis əməkdaşları cəlb olunub.
Şahidlərin sözlərinə görə, yanğın nəticəsində AF Business House-a bitişik olan binaya tüstü dolub. Qonşu və həmin binadakı insanlar müvəqqəti təxliyə ediliblər. Yanğın 30 dəqiqə ərzində söndürülüb. Xəsarət alanlar barədə heç bir məlumat yoxdur.
Daha öncə, 18 avqust tarixində Bakının Səbail və Binəqədi rayonlarında gecə ərzində iki yanğın hadisəsi baş vermişdir.