Bakıda təhsil mərkəzi Veysəloğlu şirkətlər qrupu ilə əməkdaşlığa başlayıb. Bu barədə bu gün, 20 avqust tarixində məlum olub.

Tərəflər arasında təcrübə mübadiləsi olacaq. Seçilmiş peşələr üzrə kadr hazırlığı və iş imkanları təşkil olunacaq. Peşə təhsili alan tələbələrin istehsalat təcrübə proqarmında iştirakı, həmçinin, peşə sahiblərinin biliklərinin təkmilləşdirilməsi təmin olunacaq.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində avtomatika, mexanika, İKT və digər istiqamətlər üzrə təhsil almaq mümkündür.

Veysəloğlu Şirkətlər Qrupu isə topdan satış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələrində fəaliyyət göstərir.