21 avqust tarixində polis tərəfindən həyata keçirilən əməlliyyat zamanı, Abşeron və Pirallahı rayonlarında narkotik vasitələrin təbliği və satışı ilə məşğul olan 3 şəxs saxlanılıb.
Qobu və Hökməli qəsəbələrində narkotik vasitələrini satan Abşeron rayon sakini Ağamədi Niyazov yaşadığı Hökməli qəsəbəsində saxlanılıb. Axtarış zamanı onun üzərindən 12 qrama yaxın heroin, 5 qram metamfetamin və 1 ədəd elektron tərəzi tapılıb.
Niyazov əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunub.
Pirallahı rayonunda növbəti əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Vüsal Alyarov və Azad Namazov tutulub. Onlardan heroin və metamfetamin aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.