23 avqustdan etibarən Bakıdakı DOST agentliklərində yaradılmış vahid  əlaqələndirmə mərkəzlərində qəbula başlanacaq.

İlk öncə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, hərbi qulluqçular və müharibədən sonra əlilliyi müəyyən olunmuş şəxslərin müraciətlərinə baxılacaq. Həmçinin mərkəzlərdə 7 dövlət orqanı üzrə 26 istiqamətdə “Çağrı mərkəzi” vasitəsilə və səyyar formada da xidmət göstəriləcək.

Mərkəzlərin ünvanı:

Foto Bakuplus.az
Foto Bakuplus.az

Mərkəzə yalnız peyvənd olunmuş və ya icazə sertifikatı olan vətəndaşlar buraxılacaq.

DOST sözünün açılışı “Dayanıqlı və Operativ Sosial Təminat”dır. Bu mərkəzlərdə xidmətlər “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilir. DOST mərkəzlərində indiyə qədər 500 minə yaxın vətəndaş qəbul edilmişdir.