22 avqust tarixində Bakıda “Otar gedəndən bəri” filmi nümayiş olunacaq. Film Salaam Cinema Bakunun təşkilatçılığı ilə eyniadlı məkanda saat 19:00-da göstəriləcək.

Rejissoru Julie Bertuccelli olan filmdə ailə konflikti və ana sevgisinin nəsillərarası riyakarlığın heyranedici münaqişəsinə çevrilməsindən bəhs edilir.

40 nəfər izləyicinin qatıla biləcəyi tədbirə girişin qiyməti 3 manat təşkil edəcək. Film azərbaycan və ingilis dillərində alt yazılarla nümayiş olunacaq və 1 saat 42 dəqiqə davam edəcək.