20-21 noyabr 2021-ci il tarixlərində “Uşaq hüquqları” hakatonu keçiriləcək. Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

Mükafatlar:

🥇I yer – kompüter

🥈II yer – planşet

🥉III yer – ağıllı saat

İştirakçılar 24 saat ərzində bu sahədə uşaq hüquqları ilə bağlı problemlərə innovativ həll yolları tapmağa çalışacaqlar. Verilən müddət ərzində 4 nəfərdən ibarət komandalar mentorların dəstəyi ilə ideyalarını layihə şəklində formalaşdıracaqlar.

Mövzular:

  • *Təhsil hüququ;
  • *Sağlamlıq hüququ;
  • *Zorakılıqdan müdafiə hüququ;
  • *Ailədə yaşamaq və tərbiyə almaq hüququ

Müsabiqədə 10-16 yaşlı uşaqlar/məktəblilər iştirak edə bilər.

Qeydiyyat üçün son tarix 15 sentyabr 2021-ci il nəzərdə tutulub.