Xəzər dənizinin və ətraf mühitinin mühafizəsi mövzusunda “Xəzəri birgə qoruyaq” adlı videoçarx  müsabiqəsinə start verilir. Materiallar 20 sentyabr 2021-ci il tarixinədək [email protected] email ünvanına göndərilməlidir. Email-də müəllifin adı, soyadı, atasının adı, əlaqə vasitəsi qeyd olunmalıdır.

Müsabiqə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə keçiriləcək.

Mükafatlar:

🥇 1-ci yerin qalibinə 1500 manat

🥈 2-ci yerin qalibə 1000 manat

🥉 3-cü yerin qalibinə 800 manat təqdim olunacaq.

Müsabiqədə 3 mövzu təklif olunub:

  1. Dənizə axıdılan çirkab suların qarşısının alınması
  2. Çimərlik ərazilərində tullantıların düzgün idarə olunması
  3. Qanunsuz balıq ovu ilə mübarizə

İştirakçılara qarşı tələblər:

  • İştirakçı 18 yaşdan yuxarı olmalıdır;
  • Videoçarxda görüntülər aydın və keyfiyyətli çəkilməli, nitq səlis və ifadəli, jest, mimika, səs tonu aydın olmalıdır;
  • Videoçarxın müddəti 3 dəqiqədən artıq olmamalıdır;
  • Müsabiqəyə qoşulan iştirakçı yalnız bir videoçarx təqdim edə bilər;
  • Hazırlanmış material şəxsin sosial şəbəkə səhifəsində paylaşılmalı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələri “tag” edilməli və müəllif tərəfindən izlənilməlidir. Paylaşım edilərkən #Xəzərgünü #Xəzəribirgəqoyaq #xəzərmüsabiqə həştəqlərindən istifadə olunmalıdır. Qiymətləndirmədə videoya baxış sayı da nəzərə alınacaq;

Əlavə məlumat üçün əlaqə nömrəsi: +994 12 538 15 21