Paytaxtın Binəqədi rayonunda 21 avqust tarixi axşam saatlarında kişi cəsədi aşkar olunub. Bu barədə, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

FHN qaynar xəttinə bir nəfərin bağlı qapı arxasında qaldığı məlumatı daxil olub. Əməkdaşlar giriş qapısını açdıqdan sonra oradan 65 yaşlı Rauf Əhmədovun meyitini tapıblar.

Cəsəd aidiyyatı üzrə təhvil verilib.

Bundan əvvəl, 18 avqust axşam saatlarında Bakının Yasamal rayonunda mənzildə meyit tapılmışdır.