Polis şöbəsində şübhəli qismində saxlanılan şəxs vəfat edib. Bu barədə Daxili İşlər Nazirliyi bu gün, 21 avqust tarixində məlumat yayıb.

Ərzi Fərəcov narkotik vasitələrin satışıyla məşğul olduğu üçün axtarışa verilmişdir. O, ötən gün saat 21:00 radələrində saxlanılaraq 8-ci polis bölməsinə gətirilib.

21 avqusta keçən gecə saat 04:00 radələrində Fərəcovun halı pisləşib. Təcili tibbi yardım çağırılıb, ancaq Fərəcovun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun ürəktutmasından öldüyü bildirilir.

Faktla bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.

Cari ilin ilk 6 ay ərzində ölkə ərazisindən ümumilikdə 3 ton 466 kiloqramdan çox narkotik maddə dövriyyədən çıxarılıb.