Qaraçuxur qəsəbəsi Nizami İsmayılov küçəsində uzunluğu 1050 və eni 9 metr olan avtomobil yolunda təmir işlər aparılır. Eyniadlı küçədə ümumi 9450 kv.m sahəyə asfalt salınır, bordyurlar bərpa olunur və piyada yollarına 4000 kv.m asfalt vurulur.

Suraxanı rayonu ərazisində məhəllədaxili küçələrin və qəsəbələrarası yolların təmir-bərpa işləri mərhələli şəkildə həyata keçiriləcək.