Son ay ərzində dərman zəhərlənməsi ilə bağlı 14 nəfər müraciət edib. Bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzin baş toksikoloqu Azər Maqsudov bu gün, 23 avqustda məlumat verib.

“Xəstələr həkimlərin təyin etdiyi dərmanları qəbul ediblər, ancaq belə xoşagəlməz hal yaşanıb,”- deyə baş toksikoloq vəziyyəti şərh edib.

Bundan əlavə, cari ay ərzində daha 8 nəfər allergik reaksiya ilə müraciət edib.

“Həmin şəxslər də həkim təyinatı ilə olan dərmanları içiblər, amma bədən həssaslığı nəticəsində belə reaksiya olub” – Azər Maqsudov əlavə edib.