Bakıda 3D (“Duyğu”, “Düşüncə” və “Davranış”) klubunun Biznes və Düşüncə Cəmiyyəti adlı forumu 24 avqust 2021-ci il tarixində saat 18.30-da “New Baku Hotel”in konfrans zalında keçiriləcək.

Forumda danışılacaq mövzular :

  • Qlobal turizmdə müasir vəziyyət və Azərbaycan turizmi
  • Tədarük zəncirinin biznesdə əhəmiyyəti və Azərbaycanda bu sahədə maarifləndirmə işləri
  • Sağlam qidalanma və idmanın gündəlik fəaliyyətimizdə əhəmiyyəti
  • mən və Mən: vəhdət və fərqlilik
  • ThetaHealing: mahiyyəti, həyatımızda tətbiqi və rolu

Forum çərçivəsində klub üzvü Zaur Cahangirovun çapdan çıxmış “Düşünmək adlı dünya” kitabının təqdimatı da keçiriləcək və müəllif tərəfindən imzalanacaq.

Sonda bütün iştirakçılar üçün ThetaHealing meditasiyası keçiriləcək.

Forumda qeydiyyat haqqı 30 manat təşkil edir.