Bakının mərkəzində yerləşən Qış parkında əfqan miqrantlar aksiya keçirtməyə cəhd ediblər. Hadisə bu gün, 23 avqust tarixində qeydə alınıb.
Aksiya iştirakçıları BMT-nın Azərbaycandakı nümayəndələrinin onlara daha çox diqqət yetirmələrini tələb edirdilər.
Polis əməkdaşları təşkilatçıları ərazidən uzaqlaşdırıb. Aksiyanın icazəsiz olduğu bildirilir.
Daha öncə sosial şəbəkələrdə polis əməkdaşlarının paytaxtın mərkəzində bir neçə şəxsi saxladıqları görüntüləri yayılmışdır.