Bakıda gənc qadına qarşı təcavüzkar hərəkətlər edən taksi sürücüsü 22 avqust tarixində saxlanılıb. Bu baradə Bakupost.az məlumat yayıb.

Hadisə avqustun 14-ü, gecə saatlarında baş vermişdir. Nur Sultanova polisə müraciət edərək bildirib ki, Xalqlar Dostluğu metrosunun yaxınlığında “manatlıq” taksiyə minib. Avtomobilə əyləşdikdən sonra sürücü müxtəlif şəxsi suallar verməyə başlayıb və razılaşdırılmış istiqaməti dəyişib.

Sultanovanın sözlərinə görə o, qışqırmağa və tanıdığı şəxsə zəng vurmağa başlayıb. Sürücü əvvəlcə dayanmaqdan imtina edib və telefonu tullamaq istəyib, amma sonra o, yanacaqdoldurma məntəqəsində dayandığı zaman qadın maşından düşüb.

Nur Sultanova Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinə ərizə ilə müraciət edib, sürücü saxlanılıb.