Son sutka ərzində Bakıda 5 yol nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə bu gün, 23 avqust tarixində məlum olub.

Xəzər rayonunun Mərdəkan qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1 yaşlı Yəhya Əlizadə xəsarət alıb.

Oxşar qəzalar paytaxtın Xətai və Nərimanov rayonlarında da baş verib. 41 yaşlı Nizami Əliyev, 36 yaşlı Elsevər Heydərov və 30 yaşlı Gülzar Filmanova yaralanıblar.

Yasamal rayonunda isə nəqliyyat vasitəsi yolu keçən 35 yaşlı Ayaz Əliyevi vurub.

Xəsarət alanların hamısı xəstəxanaya çatdırlıblar.

Ötən həftəsonu paytaxt ərazisində daha 5 yol nəqliyyat hadisələri qeydə alınmışdır. Yasamal, Nizami, Xətai, Nərimanov rayonlarında baş verən qəzalarda 3 qadın və 2 kişi xəsarət almışdır.