23 avqust tarixində Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

Nəsimidə yerləşən anbarların birindən 33 ədəd alüminum qəlib oğurlanıb. Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının hesablamalara görə, oğurluğun ümumi dəyəri 20.000 manatdır. Paytaxt sakini Ə.Vahabzadə şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.