23 avqust tarixindən 1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) 2 ay müddətinə bağlanır. Mərkəz COVID-19-la mübarizə xəstəxanası kimi fəaliyyətə başlayacaq.

Artıq 2 ay müddətində 6 şöbə koronavirusa qarşı mübarizə aparacaq. İstisna olaraq mərkəzdə hemodializ xəstələrinə xidmət göstəriləcək, toksikoloji xəstələr və yaralanmalar, travmalarla bağlı təxirəsalınmaz əməliyyatlar yerinə yetiriləcək.

Klinika müvəqqəti olaraq COVID-19 xəstələrindən başqa digər xəstələrin qəbulunu dayandırır.

COVID-19-a qarşı test nümunələrinin cavabları pozitiv çıxan xəstələr mərkəzə yerləşdiriləcək. Burada onların müalicəsi aparılacaq. Digər xəstəliklərdən müalicə alanlar aidiyyəti üzrə başqa xəstəxanalara köçürüləcək.