Azadlıq Prospekti metrostansiyasının giriş-çıxışındakı park çökməyə doğru gedir. Bu barədə 23 avqust tarixində APA məlumat verib.

Binəqədi rayon 8-ci mikrorayon ərazisindəki parkda çökmə və torpaq sürüşməsi baş verib. Parkdakı pilləkənlərdə plitələr çatlıyıb, bəzilərin isə sağ tərəfi çöküb. Sakinlərin sözlərinə görə, qatarlar keçdiyi zaman yer titrəyir.

“Metrostansiyaların ümumən yeraltı obyektlərin inşa olunduğu ərazilərdə, zamanla çökmələrin olması mümkündür, bəzən hətta labüddür. Bu qatarların hərəkətindən irəli gələn dinamik hərəkətin təsirindəndir”,- “Bakı Metropoliteni” QSC-nin rəsmisi Bəxtiyar Məmmədov.