Azəriqaz abonentlər üçün yenilik tətbiq edib. Abonentlər qaz sayğacının dəyişmə vaxtı barədə SMS vasitəsiylə bildiriş alacaqlar.

Məişət tipli qaz sayğaclarının dövri yoxlama müddəti 5 il təyin olunub və bu vaxt bitdikdən sonra həmin sayğac yenisiylə təmin olunmalıdır. Abonentlər dəyişikliklərin hansı səbəbdən aparıldığını bilmədikləri üçün onlarda narazılıq yaranır.

Bu səbəbdən artıq onların telefonlarına sms bildiriş gələcək. Həmən bildirişdə sayğacın dövri yoxlama müddətinin tamam olduğu və yaxın zamanda sayğacın dəyişdirilməsi barədə məlumat veriləcək.