Bakıda 165 nömrəli marşrut xətti 25 avqust tarixindən nağdsız ödənişə keçir. Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti xəbər yayıb.

Avtobuslar Mehdiabad qəsəbəsi (Qarant Yaşayış Kompleksi) – A.M.Şərifzadə küçəsi istiqamətində hərəkət edirlər.

Marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb:

  • Binəqədi qəs. (Binəqədi Gənclər Şəhərciyi)
  • Binəqədi qəs (C.Cabbarlı küç. yaxınlığı)
  • Binəqədi qəsəbə mərkəzi
  • Binəqədi qəs. (“Muxtar” marketin yaxınlığı)
  • Binəqədi qəs. (Novxanı yolu)
  • Binəqədi şos. (İşıqforun yanı)
  • Rəsulzadə qəs. (Park)

Bundan əvvəl, 10 avqust tarixindən paytaxtda 179 nömrəli marşrut xətti “BakıKart” sisteminə keçmişdir.