Bakıda 22.686 təhsil işçisi peyvənd olunub. Bu haqda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva keçirilən vebinarda məlumat verib.
O bildirib ki, həmin müəllimlər və digər təhsil işçiləri artıq iki doza vaksin vurdurublar. “Tədris prosesini uğurla bərpa etmək üçün təhsil işçilərinin 80-90 faizi vaksinasiyadan keçməlidir”, – deyə Vəliyeva əlavə edib.
Bakının 7 rayonunda vaksinasiya keçirilib, 37 məktəbdə olan işçilərin 90 faizi peyvənd olunub.
Vəliyeva qeyd edib ki, əks-göstəriş sertifikatı olan müəllimlərə müəyyən məhdudiyyətlər qoyulacaq. Virusun daşıyıcısı ola biləcək şagirdlərin peyvənd olunmayan müəllimlər üçün təhlükəli ola biləcəyini izah edib.