24 avqust tarixində Bakıda polis mülki geyimdə avtobuslara daxil olaraq reydlər keçirdib. Yoxlama zamanı maska taxmayanlar avtobusdan düşürülüb və cərimələnib. Onlarla profilaktik söhbətlər aparılıb.

Bu cür reydlər paytaxt ərazisində mütamadi olaraq davam etdiriləcək. Monitorinq qruplarında polis əməkdaşları həm xidməti həm mülki geyimdə qəfləti yoxlamalar aparacaq.

İctimai nəqliyyatda bəzi sərnişinlər əvvəlcədən maskadan istifadə etməsə də, polis əməkdaşını nəqliyyata daxil olmasını görəndə dərhal maska taxır. Polis mülki geyimdə reyd apardığı zaman isə, maskadan düzgün istifadə etməyənlər aşkar olunur.

Polis əməkdaşları yoluxma riskini azaltmaq üçün metroda, ictimai nəqliyyatda və qapalı məkanlarda tənəffüs yollarını qoruyan vasitələrdən düzgün istifadəsini tövsiyə edir.