24 avqust tarixində Bakıda oğurluq hadisəsi baş verib.

41 yaşlı Elnur Mövlanov qayınatasının evindən külli miqdarda qızıl-zinət əşyaları və pul oğurlamaqda təqsirli bilinir.

Həbs edildikdən sonra Bakı Ağır Cinayətlər Məhkəməsində iclas keçirlib. Zərərçəkmiş məhkəməyə gəlmədiyinə görə növbəti iclas sentyabrın 30-a təyin olunub.

Qeyd edək ki, oğurluqda ittiham olunan Elnur Mövlanov Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşıdır.