Bakıda yaradılmış xüsusi ambulator tibb məntəqələrində koronavirus xəstələrini müalicə edən tibb işçilərin əlavə əməkhaqlarının verilmə müddəti sentyabrın 1-dək uzadıldı. 23 avqust tarixində Baş nazir qərar imzalayıb.

Əvvəl bu müddət avqustun 1-dək nəzərdə tutulsa da, ölkədə COVİD-19 virusunun geniş yayılmasını nəzərə alaraq bu müddət sentyabrın 1-nə kimi uzadıldı.

Qeyd edək ki, 1 mart 2020-ci ildə Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində xüsusi ambulator tibb məntəqələri yaradılmışdır. Həmin məntəqənin işçilərinin əməkhaqlarına aylıq maaşının 3 misli məbləğində müddətli əlavə müəyyən edilmişdi.