Daxili İşlər Nazirliyinə (DİN) bir qrup zərərçəkən insanların müraciətdən sonra özünü İmam Mehdi kimi təqdim edən Aqil Babayev həbs edilib. Qeyd olunur ki, 2000-2021 illər ərzində o, dələduzluq yolu ilə külli miqdarda pul mənimsəmişdir. Bu baradə bu gün, 24 avqust Daxili İşlər Nazirliyinin rəsmi Facebook səhifəsində məlumat yayılıb.
21 il ərzində o dindar insanlar arasında özünü zühur etmiş imam kimi təqdim edib. Bildirilir ki, Babayev həmin şəxslərdən hər ay pul ödəməsini tələb edib. Topladığı vəsaitləri kasıb, dindar ailələrə payladığını, şəhid və qazi ailələrinin ev tikintisi üçün xərclədiyini deyib.
DİN-ə müraciət edənlər iddia edir ki, xeyixahlıq əvəzinə Aqil Babayev Bakı şəhərində mənzillər və avtomobillər almışdır. Zərər çəkənlər əlavə edib ki, həmin vaxt Babayev heç bir yerdə işləməyib və onun başqa gəlir mənbəyi olmayıb.
Faktla bağlı dələduzluq, külli miqdarda ziyan vurmaq maddəsi ilə cinayət işi başlanılıb.