Bakının mərkəzi küçələrinin birində işıqfor quraşdırılıb və nişanlanma xətti ilə sarı tor çəkilib. Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti bu gün, 24 avqust tarixində məlumat yayıb.

Dəyişiklik C.Hacıbəyli – Ə.Qasımzadə küçələrinin kəsişməsində edilib.

Paytaxtın Bakıxanov – C.Hacıbəyli küçələrinin kəsişməsindən gün ərzində 50.000 artıq nəqliyyat vasitələrinin keçməsi və sürücülərin əksəriyyətinin sola dönərək Gənclik metrosu istiqamətində getdiyi müəyyən edilib. Bu səbəbdən C.Hacıbəyli – Ə.Qasımzadə küçələrinin kəsişməsində süni tıxaclar yaranırdı.

“Mübahisəli nöqtələr aradan qaldırılıb, hərəkətin növbəliliyi təmin edilib, nizamlanan piyada keçidləri piyadaların təhlükəsizliyini maksimum həddə çatdırılıb.”- BNA açıqlamasında bildirib.