25 avqust saat 08:00-da Bakıda beynəlxalq təhsil mərkəzi “açıq qapı günü” olacaq.
Baku Hogwarts beynəlxalq təhsil mərkəzi 2021-2022-ci tədris ilinə qeydiyyatdan keçmək istəyənlər üçün “açıq qapı günü” elan edir.
Təhsil mərkəzi məktəbəqədər hazırlıq, ibtidai və orta məktəb fənlərinin ingilis dilində keçirilməsini təmin edir.
Məktəbəqədər hazırlıq mərhələsində olan uşaqlar üçün 2 proqram mövcuddur. Yarım gün təhsil alanlar saat 14:00-a qədər, tam gün təhsili seçənlər üçün isə saat 08:00-dan 18:30-a qədər tədris saatı nəzərdə tutulub. Yarım gün təhsil üçün ödəniş 250 manat, tam günü seçənlər isə 450 manat ödəyərək qeydiyyatdan keçə bilərlər.
Bütün fənlər Britaniya kurikulum sistemi əsasında keçirilir.
- İngilis dili və nitq mədəniyyəti
- Məntiqi Riyaziyyat
- İngilis və dünya ədəbiyyatı
- Sosial araşdırmalar
- Elm
- İncəsənət
- Fizika
- Biologiya
- Kimya
- Tarix
- Coğrafiya
- İdman
Təhsil ocağında həmçinin ibtidai və orta sinif şagirdlərinə IELTS, SAT, A Levels, IGCSE kimi sertifikatları almaq üçün hazırıqlar təşkil olunur.
Baku Hogwarts Nərimanov rayonu Sabit Rəhman küçəsində yerləşir.