Bakıda film izləmək istəyənlər üçün fərqli seçimlər var. 24 avqusta olan film siyahısını təqdim edirik.

Mövsümün son həftələrində çimərlikdə açıq havada “Sweet girl” filmini izləmək istəyənlər Buzovnada yerləşən Buz Bara yaxınlaşa bilər. Nümayiş saat 21:30-da baş tutacaq. 1 biletin qiyməti 10 manat, 4 nəfərlik stolu isə 50 manat qarşılığında rezerv edə bilərsiniz.

Əlaqə nömrəsi: +994 50 785 08 88

Açıq havada park ərazisində “The Hitman’s Bodyguard” filminə baxmaq istəyənlər isə şəhərin mərkəzində yerləşən Qubernator kafedə yer sifariş edə bilər. Film 20:00-da göstəriləcək. Nümayişdə iştirak üçün yer sifariş etməyiniz kifayətdir.

Əlaqə nömrələri: +994 50 480-00-99, +994 12 497-49-29